Bioqrafiya
Nizami Kəlbəliyev: Elektronika və Embedded Sistemlər Mütəxəssisi
Mən Nizami Kəlbəliyev, Embedded.az platformasının qurucusu və fizika ixtisaslı, elektronika və proqramlaşdırma sahəsində ixtisaslaşmış mühəndisəm. STM32, Arduino və digər mikrokontrollerlər ilə işləyir, xüsusi layihələrə uyğun dövrə dizaynı, PCB hazırlığı, proqramlaşdırma və test proseslərini tam şəkildə həyata keçirirəm.
Altium Designer, KiCad, Proteus kimi mühəndislik alətlərindən istifadə edərək layihələrin dövrə kartlarını peşəkar səviyyədə dizayn edirəm. GPS izləmə sistemləri, ağıllı cihazlar, sensor inteqrasiyası, IoT və.s sahələrdə real layihələr üzərində çalışmışam. Həmçinin, bu sahələri tədris edirəm.
Hazırda nüvə sahəsində radiasiya ölçən cihazların modernizasiyası ilə məşğul olur, freelancer olaraq həm şirkətlərə, həm də fərdi layihələrə texniki həllər təklif edirəm.
Courses